Saytımızı qiymətləndirin


 
 

Britaniyadakı hücum onların həyatına son qoydu... - Fotolar
Tarix: 31-07-2024 | Saat: 08:43
Bölmə:Karusel / Dünya | çapa göndər

britaniyadaki-hucum-onlarin-heyatina-son-qoydu

Bir müddət əvvəl Böyük Britaniyanın Sautport şəhərində Mersisaydda rəqs dərsində kütləvi bıçaqlanma baş verib. İlkin məlumata görə, hadisə zamanı iki uşağın öldüyü, 9 nəfərin isə yaralandığı deyilirdi. Xəsarət alanlardan iki nəfərin böyük olduğu və hücuma məruz qalan uşaqları qorumaq istəyərkən yaralandıqları bildirilirdi.

Qarabaginfo.az xəbər verir ki, ölkənin Baş naziri Ser Keir Starmer insident zamanı üç uşağın öldüyünü açıqlayıb.

Bildirilib ki, ölənlər 6 yaşlı Bebe Kinq, 7 yaşlı Elsi Dot Stankomb və 9 yaşlı Alis Aquaro olub.

Məlumata görə, xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağır olaraq qalır.

Qeyd olunur ki, hadisədən sonra Lançare əyalətindən olan 17 yaşlı şübhəli həbs edilib. Hücum terror aktı kimi qiymətləndirilmir.

Fotoda Elsi Dot Stankomb

Fotoda Alis Aquaro

 

 



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər