Rusiya prezidenti Vladimir Putin ilin sonunda, oktyabr-dekabr aylarında Ermənistana dövlət səfəri edə bilər.
Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, təfərrüatlar, o cümlədən dəqiq tarixlər üzərində iş gedir.
"Gündəliyimizdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlət səfərinin təşkili məsələsi var. Belə bir anlayış var ki, bu, ilin ikinci yarısında - oktyabrdan dekabr ayına kimi baş verəcək. Təbii ki, biz yenə də tarixli razılaşacağıq”, - deyə Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.