Ana Sayfa > Karusel / Region > Putin bu tarixdə Ermənistana gedir

Putin bu tarixdə Ermənistana gedir


12-05-2022, 17:32. Yazar: Admin

2022/05/55-1652359607.jpg

Rusiya prezidenti Vladimir Putin ilin sonunda, oktyabr-dekabr aylarında Ermənistana dövlət səfəri edə bilər.

Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, təfərrüatlar, o cümlədən dəqiq tarixlər üzərində iş gedir.

"Gündəliyimizdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlət səfərinin təşkili məsələsi var. Belə bir anlayış var ki, bu, ilin ikinci yarısında - oktyabrdan dekabr ayına kimi baş verəcək. Təbii ki, biz yenə də tarixli razılaşacağıq”, - deyə Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.


Geri dön