Saytımızı qiymətləndirin


 
 

Sabah Bakının bu iki rayonunda qaz olmayacaq
Tarix: 11-05-2022 | Saat: 17:54
Bölmə:Karusel / Sosial | çapa göndər

2022/05/7a046-1652277080.jpg

 


Sabah Binəqədi və Abşeronun qaz təchizatı dayandırılacaq
Sabah, mayın 12-də saat 09:00-dan işlər başa çatanadək Bakı şəhərinin bəzi qəsəbələrinin və Abşeron rayonunun qaz təchizatı dayandırılacaq. 

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, sabah işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır. 



Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər