Saytımızı qiymətləndirin


 
 

Ərdoğan NATO-nu günahlandırdı
Tarix: 25-02-2022 | Saat: 15:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Həzrəti Əli məscidində qılınan cümə namazından sonra verdiyi açıqlamada Natonun Ukrayna ilə bağlı qətiyyətsizlikdə suçlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, Ərdoğan deyib ki, NATO daha qətiyyətli addım atmalı idi.

Onun sözlərinə görə, Ukraynadakı Türkiyə vətəndaşları ilə bağlı istər səfirlik, istərsə də baş konsulluq  istənilən addımı atmağa hazırdır.

Prezident Ərdoğan Ukraynaya dəstəyi nəzərdə tutaraq, “təəssüf ki, Avropa Birliyi, eləcə də bütün Qərb rəhbərləri ciddi və qətiyyətli mövqe tutmadılar” deyə vurğulayıb.

O bildirib ki, NATO təkcə işğalı qınamaqla kifayətlənməməli, əməli addımlar atmalıdır.

“Avropalı liderlər təəssüf ki, qərarlı bir durum göstərmədilər, ancaq boş - boş nəsihətlər verdilər. Nəticədə Ukraynaya lazım olan kömək göstərilmədi".



Xəbəri paylaş

261 dəfə oxunub.

Digər xəbərlər