Saytımızı qiymətləndirin


 
 

“Xoznavar” yox, Xəzinəvar: ermənilərə tarix dərsi də keçmək gərək...
Tarix: 25-05-2021 | Saat: 07:28
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Xoznavar” yox, Xəzinəvar: ermənilərə tarix dərsi də keçmək gərək...
Ermənistanla sərhəddə xidmət edən hərbçi və mülki vətəndaşlarımıza sərhədin o üzündəki qədim kəndlərimizin tarixi ilə bağlı xüsusi kitabçalar paylansın...
 
Son günlər Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla sərhəd xəttinin müəyyən edilməsi istiqamətində gördüyü qanuni işlər bu qəsbkar ölkə ictimaiyyəti və xaricdəki havadarları tərəfindən  hay-küy qaldırılmasına səbəb olub.  
Moderator.az-da rəsmən “Xoznavar”  adlandırılan kənddəki ermənilərin xüsusi can-fəşanlıq nümayiş etdirərək guya artıq  kənddən qadın və uşaqların çıxarılması, kişi xeylaqlarına isə “özlərini Azərbaycan ordusundan müdafiə etmək üçün” silah lazım olmasından dəm vurmaqları haqda yazmışıq(bax: //moderator.az/gundem/378385/lacinla-serhed-kenddeki-ermeniler-silahlandirilmalarini-teleb-etdi-rusiya-mediasi-fotolar/). 
 
Əslində hələ 2020-ci il dekabrın 4-də, yəni Laçın rayonunun əksər hissəsinin işğaldan azad olunmasından cəmi 3 gün sonra təqdim etdiyimiz “Laçın azad olunduqdan sonra Ermənistanın bu kəndlərinin də canına qorxu düşdü...”(bax://www.moderator.az/news/354550.html) başlıqlı xəbərdə də Ermənistanla sərhəddəki bəzi kəndlərin, o cümlədən Xoznavarın tarixən Zəngəzurun Azərbaycan kəndləri olmasını və Xoznavarın əsl adının Xəzinəvar olduğunu yazmışdıq. Bizi növbəti dəfə bu mövzuya qayıtmağa vadar edən Laçın rayonundan olan fəal oxucularımızdan Nizami İsmayılın məhz Xoznavar kəndindən bəhs edilən “Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi...” başlıqlı digər xəbərimizə yazdığı şərh oldu. Həmin şərhdə Nizami müəllim bir daha Xoznavarın əsl adının Xəzinəvar olduğunu xatırladır və digər kəndlər haqda da məlumat verir: 
“Orada Sadınlar kəndinin Qəysəfə adlanan böyük bir ərazisini erməni tulası Qorbaçov vermişdi ermənilərə. O kənd Xoznavar deyil, qədim Azərbaycan kəndi, əhalisi əsasən qədim türk tayfası olan təhməzlilər yaşayan XƏZNƏVAR kəndidir. 1918-ci ildə ermənilər həmin əhalini zorla kənddən qovub çıxarıblar. Onlar əsasən Laçın rayonunun Ağoğlan, Hacılar, Sadınlar kəndlərində məskunlaşıblar.O kənddən yuxarıda XƏNƏZƏK və BAYANDUR kəndləri də qədim Azərbaycan kəndləridir. Təəssüf ki, ermənilərə qalıb...”
 
Ermənilərin “Xoznavar” adlandırdıqları kəndin tarixi haqda daha ətraflı məlumatı nəzərinizə çatdırırıq:
 
“Xoznavar(1) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Gorus rayonunda, indiki Sünik mərzində kənd.[2]
Gorus şəhərindən 45 km məsafədə yerləşir. Kəndin qədim adı Xaznavar, Xandzaberd olmuşdur[3].
 
Tarixi
 
Toponimin ilkin, qədim formasına (Xaznavar//Xandaberd) əsasən bu qənaətə gəlirik ki, kəndin adı qədim türk tayfalarından biri olan gencək (>xazna >xandza) etnonimi ilə Azərbaycan dilində «möhkəmləndirilmiş istehkamı olan kənd», «qala» mənasında işlənən var[4] birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
 
Əhalisi
 
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır[5].
 
1918-ci ildə kənddə yaşayan azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlar sayəsində qovulmuşdur. 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayır.
İstinadlar:
 
1. Հայաստանի Հանրապետության բնակավայրերի բառարան — Երևան: 2008. — 184 səh.
2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
3. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 28
4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.113
5. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 28-29, 112-113”
 
Göründüyü kimi,  Xəzinəvar kəndinin tarixi baxımdan Azərbaycana məxsus olması haqda kifayət qədər tarixi mənbələr də var. Özü də öncə qeyd etdiyimiz kimi, yalnız Xəzinəvar, Xənəzək, Bayandur kəndləri deyil, Ermənistandakı bütün yaşayış məntəqələri tarixən türk mənşəlidir. Odur ki, hər bir Azərbaycan vətəndaşı, xüsusən də hazırda “Ermənistan” adlı qondarma dövlətlə sərhəddə və ya sərhədə yaxın ərazilərdə xidmət edən, işləyən hərbçi, yaxud mülki vətəndaşlarımız sərhəd xəttinin o üzündəki qədim kəndlərimiz barədə məlumatlı olmalı, yeri gələndə həm hərbi, həm də mülki ermənilərə bu mövzuda bir tarix dərsi keçərək onları elmləri ilə də susdurmalıdırlar.  Qoy, keçmişlərini bilib, sakitcə gəlmə olduqları yerlərində otursunlar. Yaxşı olar ki, bununla bağlı xüsusi kitabçalar hazırlansın və bəhs edilən yerlərdəki həbçilərimizə də, mülkilərimizə də paylansın...
 


Xəbəri paylaş

2432 dəfə oxunub.

Digər xəbərlər