Tarix: 11-05-2022 | Saat: 13:35
Bölmə:Karusel / Region | çapa göndər
Rusiyalı gənclərin böyük əksəriyyəti Ukraynaya qarşı müharibədə iştirak etmək istəmir və onlar ümumi səfərbərlik perspektivini mənfi qəbul edir.
Qarabaginfo.az xəbər verir ki, bu fikirlər rus əsgərlərin sosial şəbəkələrdə yayılan videogörüntülərində əks olunub.
Rusiyalı əsgərlər söhbət zamanı Ukraynada ölmək istəmədiklərini bildiriblər.
"Hamımızı ölümə göndərirlər. Amma bizim mənafeyimiz üçün uyğun deyil. Ukraynada ölmək bizə lazım deyil. Başqalarının maraqları üçün ölməyi normal hesab etmirəm”, - əsgərlərdən biri deyib.
Digər hərbi qulluqçu isə bildirib ki, əvvəlcə Rusiya Federasiyasında faşizmi məğlub etmək lazımdır:
“Yalnız bundan sonra antifaşizmin ixracı ilə məşğul olmaq lazımdır. Əlbəttə, Vladimir Vladimiroviçin fikirlərini diqqətlə izləyirik. Məncə, o, ümumi səfərbərlik etsə, o zaman onun hakimiyyətdə nə qədər qaldığını saatlarla saymaq olar”.(Modern.az)
Digər xəbərlər