Saytımızı qiymətləndirin


 
 

Bakıda yük avtomobilinin təkəri partladı, usta öldü
Tarix: 07-05-2022 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda yük avtomobilinin təkəri partladı, usta öldü

Mayın 6-sı saat 03 radələrində Qaradağ rayonu, Salyan şossesində yerləşən sement zavodunun ərazisində bədbəxt hadisə baş verib.

Rayon Prokurorluğundan Qarabaginfo.az-a bildirilib ki, həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı il təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, S. Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib. Partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.



Xəbəri paylaş

289 dəfə oxunub.

Digər xəbərlər