Saytımızı qiymətləndirin


 
 

Növbəti köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub
Tarix: 25-07-2025 | Saat: 15:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Növbəti köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı Cəbrayıla çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu gün Cəbrayıl şəhərinə Bakı şəhərindən – 18 ailə (76 nəfər), Biləsuvar rayonundan – 12 ailə (50 nəfər), Abşeron rayonundan – 11 ailə (42 nəfər), Sumqayıt şəhərindən – 6 ailə (22 nəfər), Şabran rayonundan – 2 ailə (8 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (1 nəfər) olmaqla ümumilikdə 50 ailə - 199 nəfər köçürülüb.

Sakinlərə mənzillərin açarları təqdim edilib.

Bununla bağlı keçirilən tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən - yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər