Saytımızı qiymətləndirin


 
 

“Təhsil Nazirliyi ləğv olunsun, bütün səlahiyyətlər...“ - Hüquqşünas
Tarix: 31-01-2022 | Saat: 13:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Təhsil Nazirliyi ləğv olunsun, bütün səlahiyyətlər...“ - Hüquqşünas

“Təhsilə rəhbərlik edənlərin təhsildən xəbəri yoxdur”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Şəmsəddin Əliyev deyib:

Onun sözlərinə görə, təhsilə nəzarət edən qurumlar heç biri öz işinin öhdəsindən gələ bilmir:

“Tədris proqramını həyata keçirənlərin, ümumiyyətlə, təhsildən xəbərləri yoxdur. Valideyn məcburdur ki, uşağı dərsdən sonra hazırlığa göndərsin. Çünki uşaq faktiki olaraq dərsləri çatdıra bilmir. Təhsilə nəzarət etmək üçün Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, Dövlət İmtahan Mərkəzi var. Üç qurum heç biri öz işinin öhdəsindən gələ bilmir”.

Hüquqşünas qeyd edib ki, təhsili 30 ildir ayaqüstə qalxa bilmir:

“Hələ tədris proqramı başa çatmamış uşaqlar apreldə imtahan verməli olacaqlar. Bu nə deməkdir? Buna nəzarət edən qurum yoxdur? İşə hansı ağılla, təfəkkürlə yanaşırlar?

30 ildir təhsil sistemi yerində sayır. Sovet təhsil sisteminin nəyi pis idi ki?! Bilet çəkib, imtahan verilirdi. Heç bir əlavə müəllimə ehtiyac qalmırdı. Bu gün müəllim dərsə gününü keçirməyə gəlir.

Dövlət İmtahan Mərkəzinin (DİM) əleyhinə deyiləm. Sadəcə Təhsil Nazirliyi ləğv olunsun, bütün səlahiyyətlər DİM-ə verilsin”.



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər