Saytımızı qiymətləndirin


 
 

Ermənistanda qızılcaya yoluxma ARTIR
Tarix: 19-02-2024 | Saat: 12:47
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ermənistanda qızılcaya yoluxma ARTIR

Ermənistanda qızılcaya yoluxma hallarının ümumi sayı 621-ə yüksəlib.

 

Qarabaqinfo.az Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanda qızılcaya yoluxma hallarının sayı artır.

 Bunu Ermənistan Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin məlumatları göstərir. Qeyd olunub ki, ötən həftə qızılcaya 12 yeni yoluxma faktı qeydə alınıb.

 

Əksər xəstələr uşaqdır. Bu il xəstələrin ümumi sayı 81 nəfərdir: 62 uşaq və 19 böyük. 16 vətəndaş xəstəxanaya yerləşdirilib. Peyvənd təqviminə əsasən, qızılcaya qarşı peyvənd 1 yaşdan 4-6 yaşa qədər olan uşaqlara vurulur.

 

Ermənistan Səhiyyə Nazirliyi peyvənd olunmamış uşaqların valideynlərini klinikalarla əlaqə saxlamağa çağırıb. Qızılca xəstələri ilə təmasda olan və iki iynə almamış şəxslər də peyvənd edilir.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər