Saytımızı qiymətləndirin


 
 

Gürcüstan BTQ-ni təkmilləşdirəcək
Tarix: 22-10-2025 | Saat: 17:48
Bölmə:Karusel / Region | çapa göndər

Laşa Abaşidze

 

“Gələn ildən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini fəal olaraq təkmilləşdirməyə başlayacağıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Laşa Abaşidze V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən paneldə deyib.

O, BTQ-nin region üçün çox vacib olduğunu qeyd edib.

“Bu layihə çərçivəsində Axalkalakidə yeni terminalın yaradılması nəzərdə tutulur. Bu terminal ayrı-ayrı əməliyyatlar üçün bağlayıcı bənd rolunu oynayacaq. Bakı-Tbilisi-Qars layihəsi sayəsində yeni əlaqələr əldə edirik və bu da Orta Dəhliz üçün yeni tərəfdaşlar tapmağa imkan verir. Bu xətt 5 milyon ton yük daşımaq gücünə malikdir”, - Abaşidze bildirib.

O vurğulayıb ki, 2027-ci ilədək Gürcüstanda dəmir yolları ilə yükdaşımalarının təhlükəsizliyi və sürəti əhəmiyyətli dərəcədə artacaq.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər