Saytımızı qiymətləndirin


 
 

“Arzu edərdim ki, sənin başını özüm kəsim...” - Sarkisyana qeyri-adi doğum günü təbriki...
Tarix: 30-06-2021 | Saat: 14:19
Bölmə:Karusel / Region | çapa göndər

“Arzu edərdim ki, sənin başını özüm kəsim...” - Sarkisyana qeyri-adi doğum günü təbriki...
“İndi bizim qeyrətsizliyimizdən, dövlətimizdə olan müəyyən adamların şərəfsizliyindən hələ də Xocalı qatilləri azadlıqda gəzir və onlar da həmişə  deyirlər ki, yaxşı edib sizləri qırmışıq. Gedib Ermənistanda Sarksiyanın ya başını kəsməliyik, ya da güllələyib qayıtmalıyıq”.
 
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev bu gün doğum günü olan Xocalı qatili Serj Sarkisyanın başının kəsilməsini təklif edib:
 
“Sarkisyan cinayətkardı. İndi bizim qeyrətsizliyimizdən, dövlətimizdə olan müəyyən adamların şərəfsizliyindən hələ də Xocalı qatilləri azadlıqda gəzir və onlar da həmişə  deyirlər ki, yaxşı edib sizləri qırmışıq. Gedib Ermənistanda Sarksiyanın ya başını kəsməliyik, ya da güllələyib qayıtmalıyıq. Yəni Xocalıdakı qətliama görə Sarkisyanın cavabı verilməlidir. Düzdü, biz Arutyunyanı da interpola vermişdik, amma bizim ayrı-ayrı adamlarımız gedib onunla görüşüb, məsləhətləşir. Yəni onlar da bilir ki, bizim danışdığımızın hamısı hap-gopdu, boş-boşuna danışırıq, qeyrətsiz bir millətik, qeyrətimiz nə vaxt olacaq və onda da Xocalı soyqırımının qisasını alacağıq. İçimizdə də kifayət qədər ermənilər var, onlar buna imkan vermir. Bu gün ermənilər Azərbaycanda ən yüksək vəzifələrdədir. Ona görə də Sarksiyanın belə deməyə haqqı var. O, deyir ki, qohumlarımın hamısı Bakıdadır. Bunlar heç bir şeyə dəxli olmayan adamlardı ki, Azərbaycanda at oynadırlar. Sarksiyan da Azərbaycana müstəqil şəkildə gəlib-gedir. Bu gün dövlət çevrilişini hazırlayan, Ermənistanla iş birliyi quranlar var. İstehsal müəssisələrimizin hamısı xaricdə olan insanlara əl altından pul göndərirlər. Bakıda fəaliyyət göstərən “NZS” pivə şirkəti Azərbaycanda dövlət çevrilişi etməyə yardım edir. O yardımı etməkdənsə,  getsin Sarkisyanın başını kəsdirməkdən ötrü bir adama pul versin. 
 
Biz bunların hamısını deyirik. Ona görə də bu gün Sarkisyan kimilər intiqam hissiylə alışıb-yanan insanlardı. Mən istərdim ki, bir nəfər erməni Xankəndində qalmasın. Amma neyləmək olar ki, onların hamısı Azərbaycandadır. Ermənilərlə qohum olanlar var. Mən istəyərdim ki, Sarkisyanın başı kəsilsin. İmkanım olsa, gedib özüm İrəvanda Sarksiyanın başına bir güllə vurub gələrəm, yoxsa bizim hakimiyyətdə olanlara arxayın olmağa dəyməz. Bu gün onları Xocalıdan qovmalıyıq. Sarkisyan özü Xankəndində doğulub və deyir ki, gedib orda yaşayacam. Xankəndində isə yenə separatçıları başına yığıb öz torpağımızda özümüzə qənim olacaq. Ona görə Sarksiyanın başının kəsilməsindən başqa yolu yoxdu”.


Xəbəri paylaş

1344 dəfə oxunub.

Digər xəbərlər