Saytımızı qiymətləndirin


 
 

"Türkiyə-Azərbaycan yaxınlaşmasını erməni-türk qarşıdurması kimi qələmə vermək yolverilməzdir
Tarix: 14-08-2020 | Saat: 12:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Mətbuatda bəziləri bilərəkdən, yaxud bilməyərəkdən son dövrlər Türkiyə Azərbaycan arasındakı yaxınlaşmanı erməni-türk qarşıdurması kimi qələmə verirlər. Buna əsla yol vermək olmaz. Türk - Azərbaycan əməkdaşlığı, yaxınlaşması, ordu təlimləri ancaq və ancaq Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən gedə bilər".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

Hüquqşünas bildirib ki, bəziləri bu qarşıdurmanı müsəlman-xristian qarşıdurması kimi də qələmə vermək istəyir: "Bu da əsla yolverilməzdir. Bu yerdə vaxtilə Şeyx Allahşükür Paşazadənin bu istiqamətdə çox faydalı işini qeyd etməyə bilmirəm. Qarabağ müharibəsi zamanı da ermənilər nə qədər şalışsa da ki, müharibəni bu istiqamətə yönəltsinlər A.Paşazadə bunun alınmaması üçün var gücü ilə çalışdı. Bilmək lazımdır ki, Rusiya və Ermənistan bütün güclərini səfərbər edərək hər iki halı gündəmə gətirib dünyanın fikrini bu istiqamətə yönləndirməklə dəstəklərini qazanmaq istəyəcək. Bilmək lazımdır ki, hər iki hal Azərbaycanın haqlı davasında onun əleyhinə olan və istifadə ediləcək amildir. Ona görə də buna imkan vermək lazım deyil. Biz haqlı mübarizəmizdə, hüquqi əsaslarla sivil dünyanın da dəstəyini qazanmaqla işğal olunmuş ərazilərimizi azad etmək istəyirik və buna da heç bir fərqli don geyindirilməməlidir!"Pravda



Xəbəri paylaş

447 dəfə oxunub.

Digər xəbərlər