Saytımızı qiymətləndirin


 
 

ABŞ Alyaska və Qrenlandiyada Kanada və Danimarka ilə birgə hərbi təlimlərə başlayıb
Tarix: 24-02-2026 | Saat: 08:33
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Alyaska və Qrenlandiyada Kanada və Danimarka ilə birgə hərbi təlimlərə başlayıb

ABŞ Kanada və Danimarka ilə birgə hərbi təlimlərin başladığını açıqlayıb.
Qarabagifo.az  xəbər verir ki, bu barədə ABŞ Şimal Komandanlığının rəsmi saytında məlumat yer alıb.
Təlimlər Alyaska və Qrenlandiya ərazilərində martın ortalarınadək davam edəcək.

"Arctic Edge 2026" adlı birgə səhra təlimləri 23 fevral – 13 mart 2026-cı il tarixlərində Alyaskadan Qrenlandiyaya qədər müxtəlif bölgələrdə keçiriləcək.

Təlimlərdə Danimarka və Kanada ilə yanaşı, Alyaska Milli Qvardiyası və ABŞ-ın müxtəlif qurumları, o cümlədən Federal Təhqiqat Bürosu (FBI) və Sahil Mühafizəsi də iştirak edəcək.

Bildirilib ki, təlimlərin məqsədi Arktika regionunda tərəfdaş ölkələr arasında hazırlıq səviyyəsini artırmaq, imkanları nümayiş etdirmək və qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

Ssenariyə əsasən, iştirakçılar qanadlı raketlərdən müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə, eləcə də Arktika şəraitində sağqalma və hərəkət bacarıqlarını məşq edəcəklər.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər