Ana Sayfa > Karusel / Region > Gürcüstan BTQ-ni təkmilləşdirəcək
Gürcüstan BTQ-ni təkmilləşdirəcəkDünən, 17:48. Yazar: Admin |
“Gələn ildən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini fəal olaraq təkmilləşdirməyə başlayacağıq”. Qarabaginfo.az xəbər verir ki, bunu “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Laşa Abaşidze V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən paneldə deyib. O, BTQ-nin region üçün çox vacib olduğunu qeyd edib. “Bu layihə çərçivəsində Axalkalakidə yeni terminalın yaradılması nəzərdə tutulur. Bu terminal ayrı-ayrı əməliyyatlar üçün bağlayıcı bənd rolunu oynayacaq. Bakı-Tbilisi-Qars layihəsi sayəsində yeni əlaqələr əldə edirik və bu da Orta Dəhliz üçün yeni tərəfdaşlar tapmağa imkan verir. Bu xətt 5 milyon ton yük daşımaq gücünə malikdir”, - Abaşidze bildirib. O vurğulayıb ki, 2027-ci ilədək Gürcüstanda dəmir yolları ilə yükdaşımalarının təhlükəsizliyi və sürəti əhəmiyyətli dərəcədə artacaq. Geri dön |