Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda il ərzində ölüm sayı açıqlanıb
Tarix: 06-05-2022 | Saat: 11:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda il ərzində ölüm sayı açıqlanıb

İl ərzində ölkədə 56-60 min ölüm halı baş verir. Ötən il 75 min ölüm faktı qeydə alınıb.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

O bildirib ki, ölüm hallarının artması pandemiya və infeksiyanın digər xəstəlikləri ağırlaşdırması səbəbindəndir: "Hazırda ölkədə 52 faiz və daha çox ölüm halı ürək-damar xəstəlikləri, 16 faizi onkoloji, 3-4 faizi şəkərli diabet və ağciyər xəstəlikləri səbəbindən baş verir. Ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan bir sıra risk faktorları var. Əsasən tütün məhsullarından istifadə həmin xəstəliyə tutulma və ölüm riskini artırır. Bundan başqa, passiv həyat tərzi də bu xəstəliyin yaranmasının başlıca səbəblərindəndir. Hesablamalara görə 8 saatdan çox oturmaq gün ərzində 1 qutu siqaret çəkilməsinə bərabərdir. Pandemiya şəraiti də bu xəstəliyə tutulma riskini artırıb".



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər
18-12-2023, 13:54 15 dərəcə şaxta olacaq