İstanbulun Esen adlanan ərazisində 19 yaşlı qız küçədə başından güllələnib.
Qarabaginfo.az xəbər verir ki, hadisə anı məhəllə sakinləri tərəfindən cib telefonu ilə lentə alınıb. Belə ki, Asiye rəfiqəsi ilə birlikdə olarkən sevgilisi küçədə onların qarşısını kəsib. Bu zaman qızın rəfiqəsi cütlüyü tək qoyub. Bir müddət söhbət etdikdən sonra oğlan Asiyenin başına silahla atəş açıb. Qız hadisə yerindəcə keçinib. Oğlan isə ərazidən uzaqlaşıb.
Cinayət yerinə polis qrupları sövq edilib. Çox keçməyib ki, qətli törədən 25 yaşlı Ümit K. adlı şəxs saxlanılıb. Onun hansı səbəbdən cinayəti törətdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.