Saytımızı qiymətləndirin


 
 

Aİ Rusiyanın Baş nazirinin müavini daxil olmaqla 48 nəfərə sanksiya tətbiq edib
Tarix: 18-07-2022 | Saat: 18:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Macarıstan XİN başçısı Türkiyəyə səfər edəcək

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı növbəti sanksiyalar paketi barədə razılığa gəliblər, lakin bu, qaz embarqosunu əhatə etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto "Facebook"dakı videomesajında bildirib.

Onun sözlərinə görə, yeni sanksiyalar paketi əsasən mövcud qaydaların aydınlaşdırılmasını ehtiva edir və enerji resurslarının nəqlinə əlavə məhdudiyyətlər tətbiq etmir.

"Biz açıq şəkildə bildirdik ki, "Qazprombank" sanksiya siyahısındadırsa, biz onu dəstəkləyə bilməyəcəyik. "Qazprombank" bizim yeni aldığımız sanksiya təklifinə daxil edilməyib, çünki orada enerji daşıyıcılarının daşınması ilə bağlı heç bir məhdudiyyət yoxdur", - Siyarto bildirib.

Onun sözlərinə görə, sənəd qızıla embarqo və dövlət alışlarına, həmçinin əmanətlərin qəbuluna əlavə məhdudiyyətlər təqdim edir.

Peter Siyarto həmçinin qeyd edib ki, 48 nəfər, o cümlədən Rusiya baş nazirinin müavini, bir neçə Rusiya rəsmisi və Sberbank da daxil olmaqla 9 təşkilat Aİ-nin sanksiyalar siyahısına əlavə olunacaq.



Xəbəri paylaş

1174 dəfə oxunub.

Digər xəbərlər