Saytımızı qiymətləndirin


 
 

Politoloq Qabil Hüseynlinin səhhəti PİSLƏŞİB
Tarix: 05-05-2022 | Saat: 13:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Tanınmış politoloq, professor Qabil Huseynlinin səhhəti 3-cü vaksindən sonra getdikcə pisləşməkdədir. Hətta 10 gün xəstəxanada yatsa da, heç bir irəliləyiş olmayıb”.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə tanınmış astroloq Səbuhi Rəhimli bildirib. Onun sözlərinə görə, Qabil Hüseynlinin səhhətindəki problemlər 3-cü vaksin vurdurandan sonra yaranıb.

“Deyir həkimlərə sübut edə bilmirəm ki, bu fəsadlar 3-cü vaksindən sonra əmələ gəlib.
Təəssüf ki, jurnalistlərimiz Qabil müəllimdən ancaq informasiya almaq naminə yararlanırlar. Gəlin, diqqəti onun normal müalicə almasına yönəldək, məsələni ictimailəşdirək.

Qabil Hüseynli məsuliyyətli adamdır, ən ağır durumda olsa belə teledəvətləri heç vaxt təxirə salmır. Biz də bu məsuliyyəti onun özünə qarşı göstərməliyik. Allah şəfa versin!”.

Qabil Hüseynli uzun illərdi ki, Azərbaycan mediasında politoloji təhlillər, şərhlərlə çıxış edir. O, siyasətə gələnə qədər elmlə məşğul olub. Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasının müdiri vəzifəsində işləyib.
1988-ci ildəndən sonra Meydan hadisələrinin sıravi iştirakçısı olan Q.Hüseynli sonra siyasətə qoşulub. O  dövrün ilk kütləvi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinə üzv olub. AXC Məclisinə seçilərək, orada Qaçqınlar Komissiyasının sədri olub. 
Q.Hüseynli Fəzail Ağamalı ilə birlikdə ideyası ona məxsus olan Ana Vətən Partiyasının qurulması üçün təşkilat komitəsi yaradıb. Bu partiyanın yaradılması prosesində iştirak edən Q.Hüseynli sonra kənara çəkilib. O, 1992-ci ildə AXC-nin dağılması nəticəsində yaranan ilk siyasi partiyaya Azərbaycan Milli İstiqlal Partiyasının sıralarına daxil olub. AMİP-in Siyasi Şurasına üzv seçilib.

O zamanlar Q.Hüseynli həm də Azərbaycan Televiziyasında siyasi verilişin aparıcısı idi.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldiyində AMİP-də təmsil olunmuş bir sıra şəxslərə -  Elçin Əfəndiyev, Babək Hüseynoğlu, Gündüz Cəlilov və digərlərinə iqtidarda müxtəlif vəzifələr verilib. O cümlədən də Qabil Hüseynli Prezident Aparatında dövlət müşaviri vəzifəsinə təyin edilib.
Heydər Əliyevlə şəxsi münasibətləri dövlət müşaviri təyin olunmağında önəmli rol oynayan Q.Hüseynli bu vəzifədə uzun müddət qala bilməyib. Belə ki, o, 1995-ci ilin mart hadisələrindən sonra istefaya getmək haqqında ərizə yazıb.

Dövlət müşaviri postundan gedəndən sonra bir müddət Türkiyədə yaşayıb. Həmin dövrdə o, “Azadlıq” radiosunun Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərib.
Q.Hüseynli 1999-cu ildə Müsavat Partiyasının sıralarına qəbul olunub. 2011-ci ildə isə Müsavat sıralarından istefa verib.
Q.Hüseynli hazırda Azərbaycan Texniki Universitetdə fəlsəfə kafedrasında professor vəzifəsində çalışır.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər