Saytımızı qiymətləndirin


 
 

Vətəndaşın evinə zərər vuran söküntü işləri dayandırıldı
Tarix: 05-07-2024 | Saat: 15:26
Bölmə:Karusel / Sosial | çapa göndər

vetendasin-evine-zerer-vuran-sokuntu-isleri-dayandirildi

Gecə saatlarında Bakının mərkəzində bir neçə ailənin evinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda vətəndaşların evindən çıxarıldığı, söküntünün qeyri-qanuni aparıldığı qeyd edilib.

DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, Yasamal rayonu, B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır. 

İyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib. Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. 

Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb. 

Faktla bağlı prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


 



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər