Saytımızı qiymətləndirin


 
 

Yayda pandemiya yenidən tüğyan edəcək - İsrailli tədqiqatçı
Tarix: 04-05-2022 | Saat: 17:46
Bölmə:Karusel / Sosial | çapa göndər

İsrailli tədqiqatçılar yayda "Delta" ştammının geri qayıtması səbəbindən qlobal koronavirus hadisələrinin yeni dalğasının mümkün ola biləcəyini düşünürlər.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə  "Times of Israel" qəzeti yazıb.

 

Negev Ben-Qurion Universitetinin professoru Ariel Kushmaro qeyd edib ki, pandemiya hələ bitməyib. Ehtimal edilir ki, yeni dalğa gec-tez, yayda və ya yayın sonunda başlayacaq.

 

Qeyd edək ki, alim yeni koronavirus dalğasının yaranma ehtimalının təhlilinin aparıldığı tədqiqat laboratoriyasına rəhbərlik edir. Çirkab suların monitorinqi təkcə mövcud virusun yayılma dərəcəsini deyil, həm də onun variantlarının mövcudluğunu göstərib.Tədqiqatın nəticələri göstərib ki, hətta "Omicron" şatmının dalğasının pik nöqtəsində də "Delta" variantı tamamilə yoxa çıxmayıb.(modern.az)



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər