“Yenidən “müharibəsiz sülh yoxdur” fikrinə dönüş” - Erməni jurnalistdən şok etiraflar...
Tarix: 06-11-2021 | Saat: 14:34
Bölmə:Karusel / Region / Yazar | çapa göndər
1316 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-11-2021 | Saat: 14:34
Bölmə:Karusel / Region / Yazar | çapa göndər
Os.media saytında erməni müəllif Arpi Bekaryanın 44 günlük müharibənin bir ilinin tamamı ilə əlaqədar yazısı çıxıb. Xanım müəllif erməni cəmiyyətini Azərbaycan qarşısında öz günahlarını etiraf etmədiklərinə görə qınayıb. Birinci Qarabağ müharibəsindən sonra “sülh”dən danışan, məğlub olduqdan sonra “ədalətsizliklə” qarşılaşdıqlarını deyən erməniləri bir daha qınayaraq, düzgün nəticə çıxarmağı tövsiyyə edib.
“Dağlıq Qarabağda İkinci Müharibə “qaliblər” və “məğlublar” dinamikasını dəyişdirərək, Ermənistanın münaqişə ilə bağlı dominat rəvayətlərlə bürümüş illüziyalarını və riyakarlığını ifşa etdi. Amma bu aydınlığa baxmayaraq, Ermənistanla Azərbaycan arasında yeni dinamika formalaşmadı.
Məndə Azərbaycanın 20 qəpiklik sikkəsi var idi, onu iki il əvvəl azərbaycanlı dostum mənə hədiyyə etmişdi. Onu cüzdanımda başqa sikkələrdən ayrı saxlayırdım ki, görünməsin, harasa düşməsin və məni pis vəziyyətə salmasın.
Təxminən iki ay əvvəl İrəvanın mərkəzindən taksi ilə şəhər kənarındakı evimə gedirdim. Taksi təyinat yerinə çatanda cüzdanımdan nəyinsə düşdüyünü hiss etdim. Maşında qaranlıq idi və ilk fikrim “yaxşı, tapa bilmərəm” oldu, amma sonra sürücüdən işığı yandırmasını istədim. Aşağı baxdım və Azərbaycan sikkəsini gördüm. Bacardığım qədər tez götürdüm. Qorxu ilə sürücünün gözlərinə baxdım - o, təbii ki, nə baş verdiyini bilmirdi.
Fikirləşirdim ki, ondan işığı yandırmağı xahiş etməsəydim nə olardı? Bu yazıq sürücü maşınının arxasında bir Azərbaycan sikkəsi tapacaq və çox güman ki, İrəvanda hansısa azərbaycanlının peyda olduğunu və onun sərnişini olduğunu düşünəcəkdi. Ola bilsin ki, casus olub, hətta bu azərbaycanlı bilərəkdən maşında qəpik də qoyub...
Şübhəsiz ki, dostunun hədiyyəsi olduğu üçün Azərbaycan sikkəsini saxlayan erməni qızı olduğunu düşünməkdən.., bu daha məntiqli idi. Niyə Ermənistanda kiminsə azərbaycanlı dostu olsun? Bu, son üç onillikdə qəribə olardı, xüsusilə də indi.
Bir il əvvəl müharibədən keçdiyimizi dərk etmək mənim üçün hələ də çətindir. Zaman-zaman keçən ilin xatirələri silinir və deyəsən müharibə deyəndə, biz hələ də 1990-cı illəri nəzərdə tuturuq. Müharibənin və onun nəticələrinin cəmiyyətimizə gətirdiyi dəyişiklikləri anlamaq mənim üçün çətindir.
Müharibə zamanı heç vaxt olmadığı kimi birləşmiş, öz liderlərinə və “qaçılmaz qələbəyə” demək olar ki, tam inanan erməni cəmiyyəti bir günün içində iki yerə parçalandı. Erməni cəmiyyəti özünə müraciət etdikcə və özünə qarşı çevrildikcə, təkcə müharibə illüziyalarını deyil, həm də əvvəlki otuz ilin illüziyalarını dəstəkləyən köhnə rəvayətləri, demək olar ki, ölümcül sarsıntılara məruz qoydu.
Birincisi, bu gözlənilməz məğlubiyyətdən yaranan sarsıntı idi, baxmayaraq ki, bütün bunlar müharibənin ilk günündən və hətta ondan əvvəl mövcud olan əlamətlərdən hiss olunurdu. Bir müddət sonra isə, təkcə müharibə gedəndə deyil, son 30 ildə bizdən gizlədilən bir çox faktlar üzə çıxdı.
Nəhayət, bütün bunların maddi reallığının dərk edilməsi gəldi. İtirilmiş ərazilər, qaçqınlar və hər şeydən əvvəl bir daha görməyəcəyimiz minlərlə tanışlar, dostlar, sinif yoldaşları, qardaşlar, atalar, oğullar, ərlər, sevgililər.
Bəs, bu ironik deyilmi?
Ermənilərin məğlubiyyətə verdiyi bütün reaksiyalardan məni ən çox heyrətləndirən qəfil “yer dəyişikliyi” reaksiyası oldu. Son üç onillikdə biz əmin olmuşuq ki, biz ermənilər sülhsevərik və azərbaycanlılara onların bizə nifrət etdiyi qədər nifrət etmirik. Düşündük ki, yatan adamı sırf azərbaycanlı olduğuna görə öldürməzdik. Biz sadəcə sülh istəyirdik, onlar isə razılaşmırdılar.
Amma başa düşdüm ki, “qalib” və “məğlub”un kollektiv hisslərini eyni dərəcədə ölçmək olmaz. Azərbaycanlılarda daha çox nifrət olsaydı belə, bunu Dağlıq Qarabağdakı birinci müharibənin zədəsilə, itirilmiş ərazilərlə, 700-800 min köçkünlə izah etmək olardı.
Amma bizim tərəf heç vaxt bu barədə düşünmür. Biz heç vaxt düşünmədik ki, hər il keçirilən “Şuşinin azad edilməsi” bayramı qarşı tərəfdən necə görünür. Bizim nifrət etdiyimizdən daha çox bizə nifrət edən azərbaycanlılardan danışanda, biz qələbə haqqında, qələbə muzeyimiz haqqında, tariximizdən və məktəb dərsliklərimiz haqqında, hətta küçə incəsənəti haqqında bəhs edən onlarla mahnımız və filmimiz haqqında düşünmürdük.
Biz düşünürdük ki, “onlar” “bizə” daha çox nifrət edirlər, ya da bizim qədər sülhü çox istəmirlər. Bu, həmişə onların “barbar və zorakı təbiəti” ilə izah olunurdu, biz isə sadəcə sülh içində yaşamaqdan başqa heç nə istəməyən “yazıq insanlar” idik.
Yadıma illərlə azərbaycanlıların nifrətindən və onların sülhə heç də hazır olmadıqlarından danışan bir adam gəlir. Bu yaxınlarda o, mənə dedi ki, bəzi azərbaycanlıların indi istədikləri hər şeyə sahib olduqları halda sərhədləri açmaqdan, münasibətləri normallaşdırmaqdan danışması nə qədər ironikdir - onlar hansısa şəkildə bizdən "sülh"lə razılaşacağımızı gözləyirlər, həm də yalnız öz şərtləri ilə.
O bunu deyəndə düşünə bildiyim bu idi: bəyəm biz də eyni şeyi etmirikmi? Əgər “onlar” barbar və qəddar olduqları üçün sülh istəmirdilərsə, indi Azərbaycanın təklif etdiyi sülhə razılaşmaq bizim üçün niyə belə çətindir? Niyə sülh, münasibətlərin normallaşması biz məğlub tərəf olanda ədalətsiz gəlir, amma biz udan tərəf olanda həm sülh, həm də ədalət istəyirik?
Paralel reallıq
Müharibədən əvvəl reallıqdan uzaq “vətənpərvər” rəvayət, sanki Ermənistanda monopoliyaya malik idi, baxmayaraq ki, kiçik toplantılarda və mətbəxdəki sakit söhbətlərdə fərqli tarix izah edən ikinci paralel hekayə hələ də qalmaqda idi.
Məğlubiyyətdən sonra bu ikinci hekayə üzə çıxdı. Müharibə başa çatdıqdan sonra yeni sülh təşəbbüslərinin, yeni dövlətlərarası dialoqların çiçəklənməsi baş verir, çox vaxt əvvəllər heç vaxt sülh quruculuğunda iştirak etməyənləri bir araya gətirir.
Bütün bunlara baxanda özümü saxlaya bilmirəm - əgər onlar müharibədən əvvəl mövcud olsaydılar?
Əgər bu təşəbbüslər 2020-ci ilin iyulunda və ya daha əvvəl toqquşmalar zamanı baş vermiş olsaydı, əgər beş-altı il əvvəl minlərlə üzvü olan bu qədər əhatəli, açıq qruplar olsaydı, müharibə davam edərdimi?
Amma ola bilsin ki, bu cür düşüncə çox nikbindir. Əgər gərginlik yenidən yüksəlsə, belə qrupların mövcudluğu yeni müharibəni dayandıracaqmı? Bu qruplardakı bu insanlar səriştəsiz idarəetmə və ya hədsiz hərisliklə mübarizə apara biləcəklərmi?
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın cənubundakı Sünik rayonu ilə bağlı son bəyanatlarına istinad edərək, ölən əsgərlərin üzləri və “Syunik deyil, Zəngəzur” yazılmış plakatlar olan köynəklərdə azərbaycanlı məktəblilərin fotoşəkillərini görəndə mən yalnız düşünə bildim ki, bunu necə dayandırmaq olar?
İkinci Dağlıq Qarabağ müharibəsi zamanı minlərlə insan həlak oldu və hakimiyyətdə olanlar üçün qisas yanğısını davam etdirmək çox asandır. Birinci müharibə zədələnmiş bütöv nəsli doğurdu. Görəsən, yeni nəslin ikinci müharibənin zədəsini miras almasının qarşısını almaq çox gecdirmi?
Bütün bu yeni sülhməramlı təşəbbüsləri, qrupları və proqramları görəndə özümü elə inandırmaq istədim ki, bu insanların, onların hər birinin ölümü əbəs deyil. Düşünmək istəyərdim ki, heç olmasa indi insanlar bu münaqişənin qiymətini başa düşəcəklər, bir-birimizə nifrətimizin necə baha başa gəldiyini dərk edəcəklər.
Düşündüm ki, bəlkə də bu müharibədə itirdiklərimiz, bu münaqişəyə görə ən son ölənlər olacaq. Yox, belə bir ümid vaxtından əvvəldir. Deyəsən, biz yenə də köhnə “müharibə yoxdursa, sülh yoxdur” vəziyyətində ilişib qalmışıq və hər hansı bir səhv və ya uzun müddət davam edən fəaliyyətsizlik bizi növbəti fəlakətli müharibəyə apara bilər.
Ümid edirəm ki, biz bütün bunlardan qaça bilərik, nəyəsə doğru. Amma, hələlik mən gələcəkdə elə bir günü təsəvvür etməyə çalışıram ki, pul kisəsində Azərbaycan sikkəsi olduğu üçün özümü cinayətkar kimi hiss etməyəcəm, əvəzində Azərbaycana səfər edib o sikkədən istifadə etmək imkanım olacaq.
İngilis dilindən tərcümə etdi: Cavidan İsmayıl
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
4-02-2019, 10:25
Bürclər- 4 fevral
23-12-2021, 18:11
Türkiyənin vitse-prezidenti koronavirusa yoluxub
24-04-2022, 21:26
Fransada “exit-poll”un nəticələri məlum olub
23-12-2022, 13:34
Medvedev Azərbaycan Prezidentini təbrik edib
7-06-2024, 17:04
Ermənistandan Üzeyir Hacıbəylinin əsərlərinin mənimsənilmə hallarının aradan qaldırılması tələb edilib - BİRGƏ BƏYANAT
18-11-2022, 14:44
Putinlə Ərdoğan taxıl dəhlizi və regional prosesləri müzakirə edib
1-05-2020, 16:01
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə əlavələrin ödənilməsinə başlanılıb
20-11-2022, 13:51
Fəxrəddin Altun: "Arzularını gözlərində qoyacağıq"