Tarix: 04-05-2022 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
İsrail hökuməti Ukraynaya müdafiə sistemləri də daxil olmaqla, hərbi yardımın artırılmasını müzakirə edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.
“Bu məsələ ilə bağlı müzakirələr zamanı əksər rəsmilər İsrailin Ukraynaya hərbi və mülki yardımların həcmini artırması variantını dəstəkləyir. Yaxın günlərdə əlavə müzakirələr gözlənilir, Ukraynaya göndərilə biləcək yardımların siyahısı nəzərdən keçiriləcək”, - məlumatda qeyd olunub.
Adının açıqlanmasını istəməyən mənbələrdən biri nəşrə açıqlamasında deyib ki, hökumətin Ukraynaya hərbi yardım qərarının səbəbi ABŞ və Avropa ölkələrinin ondan aydın mövqe gözləmələridir.
Qəzet qeyd edib ki, İsrailin Ukraynaya dəstəyi əslində, bəyanedici xarakter daşıyacaq və ona əhəmiyyətli miqdarda yük daxil olmayacaq, çünki ABŞ və Avropa ölkələri artıq Ukraynaya daha çox yardım edirlər.
Bundan başqa, İsrail ən azı indiki mərhələdə Ukrayna ordusunu zenit-raket sistemləri, hücum silahları ilə deyil, daha çox müdafiə xarakterli silahlarıa təmin edəcək.
Digər xəbərlər