Saytımızı qiymətləndirin


 
 

Neft Daşlarında dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA - VİDEO
Tarix: 27-10-2024 | Saat: 12:18
Bölmə:Karusel / Sosial | çapa göndər

Neft Daşlarında dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA - VİDEO

Ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, oktyabrın 27-si saat 10:00-a olan məlumatına əsasən, səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlarında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan, Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm, Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub.
Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.



Xəbəri paylaş

59 dəfə oxunub.

Digər xəbərlər
11-11-2020, 13:36 Bəxtiyar Hacıyev yazır