Saytımızı qiymətləndirin


 
 

Polis İrəvanda müxalifətin bağladığı bütün yolları açıb
Tarix: 02-05-2022 | Saat: 13:34
Bölmə:Karusel / Region | çapa göndər

İrəvanda aksiya

Ermənistan Polisi paytaxt İrəvanda müxalifət qüvvələrinin Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə bu gün səhər bağladığı bütün yolları açıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə polisin məlumatında bildirilir.

Məlumatda bağlanmış 30 kəsişmədə yolların hamısının açıldığı vurğulanır: “Hazırda İrəvan küçələrində hərəkət bərpa olunub”.

Ermənistan Polisinin mətbuat xidmətindən TASS-a bildirilib ki, hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayan 189 aksiya iştirakçısı polis bölmələrinə gətirilib.

Parlamentin vitse-spikeri, müxalif Daşnaksutyun Partiyası Ali Şurasının üzvü İşxan Saqatelyan yerli vaxtla saat 18.00-da “Fransa” meydanında mitinq keçiriləcəyini elan edib. O, mitinqdə bundan sonrakı addımları müzakirə edəcəklərini deyib.

Qeyd edək ki, Ermənistanın birləşmiş müxalifətinin “Müqavimət” aksiyası bir neçə gündür başlayıb. Mayın 1-də İrəvanın “Fransa” meydanında isə mitinq keçirilib. Mitinqdən sonra bəzi müxalifət nümayəndələri çadırlar quraraq meydanda gecələyiblər.

Bu gün səhərdən isə itaətsizlik aksiyalarına start verilib, paytaxtın bəzi küçələri müxalifətçilər tərəfindən bağlanıb. Hüquq-mühafizə orqanları aksiyaya müdaxilə edib, bəzi hallarda aksiya iştirakçılarına güc tətbiq olunub. Toqquşmalarda yaralananların olduğu bildirilir. Xəsarət alanlar arasında jurnalistlər də var.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər