Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorluq Paşinyanın mühakimə olunmasını istəyir
Tarix: 27-04-2022 | Saat: 16:28
Bölmə:Karusel / Region | çapa göndər

 Baş Prokurorluq Paşinyanın mühakimə olunmasını istəyir

Ermənistan Baş Prokurorluğu Paşinyana qarşı dövlətə xəyanət də daxil olmaqla, bir neçə maddə üzrə ittiham olunmasını tələb edib.

Qarabaginfo.az "Armenia News"a xəbər verir ki, prokurorluq Qarabağda öldürülən erməni əsgərlərin yaxınlarının tələbinə baxılmasını məqsədəuyğun sayıb.

Bir müddət əvvəl Ermənistanın baş prokuroru Artur Davtyan bildirib ki, Paşinyana qarşı qaldırılan bu şikayət ayrıca icraata götürülməməli, keçmiş prezidentin ifadəsi əsasında hələ 2021-ci ildə başlanmış cinayət işinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir..

Aprelin 26-da Baş Prokurorluğa birgə cinayət işi çərçivəsində baş nazir Nikol Paşinyanın “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “dövlətə xəyanət”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı ayrıca müraciət daxil olub.(Yenisabah.az)



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər