Tarix: 11-04-2022 | Saat: 16:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, müharibədən əl çəkməyən Rusiyanın özbaşına dayanacağına ümid yoxdur - onu yalnız buna məcbur etmək olar.
Qarabaqinfo.az xəbər verir ki, o bu barədə Cənubi Koreya parlamenti qarşısında çıxışı zamanı bildirib.
"Rusiyanın sadəcə olaraq öz-özünə dayanacağına ümid yoxdur və ola da bilməz. Rusiya rəhbərliyinin sadəcə olaraq bu müharibəni davam etdirməkdən imtina edəcəyinə ümid yoxdur. Onu yalnız buna məcbur etmək olar”, - deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Rusiyaya qarşı indiyədək tətbiq edilən görünməmiş sanksiyalara baxmayaraq, bu ölkə hələ ki dayanmaq haqda düşünmür.
"Bu, o deməkdir ki, daha çox iş görülməlidir. Həm də təkcə dövlət səviyyəsində deyil. Rusiya banklarının qlobal maliyyə sistemi ilə əlaqələrini tamamilə pozmaq lazımdır. Rusiyanın enerji resurslarının, ilk növbədə neftin ixracını məhdudlaşdırmaq lazımdır”, - Zelenski bildirib.
Ukrayna prezidenti onu da qeyd edib ki, artıq iş o yerə çatıb ki, Rusiya açıq şəkildə dünyanı nüvə və kimyəvi silahlarla şantaj edir.
Ukrayna prezidenti bundan əvvəl bildirmişdi ki, Rusiya Ukraynanın milli müqavimətini qırmaq ümidi ilə yeni hücuma hazırlaşır.
Digər xəbərlər