Tarix: 26-04-2022 | Saat: 17:46
Bölmə:Karusel / Təhsil | çapa göndər
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə edilib.
Qarabaqinfo.az xəbər verir ki, dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin aşağıdakı növlərinin sayı 13-dən 14-ə qaldırılıb. Dəyişiklikdən sonra ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq:
- ibtidai ümumtəhsil məktəbi;
- ümumi orta ümumtəhsil məktəbi;
- tam orta ümumtəhsil məktəbi;
- lisey;
- gimnaziya;
- inteqrasiya təlimli ümumtəhsil məktəbi;
- xüsusi ümumtəhsil məktəbi;
- ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
- internat tipli lisey;
- internat tipli gimnaziya;
- inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
- internat tipli xüsusi ümumtəhsil məktəbi;
- internat tipli sanator ümumtəhsil məktəbi;
- digər məktəblər.
Layihə səsə qoyulub və birinci oxunuşda qəbul edilib.
Digər xəbərlər