Ana Sayfa > Karusel / Təhsil > Məktəblərin yeni təsnifatı müəyyənləşib

Məktəblərin yeni təsnifatı müəyyənləşib


26-04-2022, 17:46. Yazar: Admin

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə edilib. 

 

Qarabaqinfo.az xəbər verir ki, dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin aşağıdakı növlərinin sayı 13-dən 14-ə qaldırılıb. Dəyişiklikdən sonra ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq:

 

- ibtidai ümumtəhsil məktəbi;

- ümumi orta ümumtəhsil məktəbi;

- tam orta ümumtəhsil məktəbi;

- lisey;

- gimnaziya;

- inteqrasiya təlimli ümumtəhsil məktəbi;

- xüsusi ümumtəhsil məktəbi;

- ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

- internat tipli lisey;

- internat tipli gimnaziya;

- inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

- internat tipli xüsusi ümumtəhsil məktəbi;

- internat tipli sanator ümumtəhsil məktəbi;

- digər məktəblər.

Layihə səsə qoyulub və birinci oxunuşda qəbul edilib.


Geri dön