Saytımızı qiymətləndirin


 
 

Əli Əliyevin həbsi ilə bağl polkovnik-leytenantdan - Açıqlama
Tarix: 13-01-2022 | Saat: 23:02
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Əli Əliyevin həbsi ilə bağlı helikopter qəzasından sağ çıxan polkovnik-leytenantdan

Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub. Hökmə əsasən, Ə. Əliyevə 5 ay müddətə həbs cəzası verilib.

Qarabaginfo.az İTV-yə istinadən xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov məhkəmə qərarı ilə bağlı açıqlama verib.

“Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev müəyyən cəfəng fikirlərlə, heç bir əsası olmayan fikirlər bildirməklə helikopter qəzası və bizim sağ qalmağımızı şübhə altına alıb.

Bu da birinci növbədə bizim şəhid olmuş hərbçi yoldaşlarımızın ruhuna hörmətsizlikdir. Həm fiziki, həm də psixoloji zərbə almış insanlar kimi bizə üçüncü zərbəni də Əli Əliyev vurdu”, - o qeyd edib.(



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər