Kraliça II Elizabetin dəfni sentyabrın 8-də vəfat etdiyi Şotlandiyadan Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə İngiltərənin paytaxtı Londona gətirilib.
Kraliçanın dəfn mərasimi bazar ertəsi, sentyabrın 19-da Londondakı Vestminster Abbey kilsəsində keçiriləcək.
Bildirilib ki, buradakı mərasimdən sonra Kraliçanın cənazəsi Britaniya Kral ailəsinin daimi iqamətgahlarından biri olan Müqəddəs Vindzor qəsrində yerləşən George Kapellasına gətiriləcək və dəfn burada baş tutacaq.