Saytımızı qiymətləndirin


 
 

Simonyan onu qarşılamayan aparat işçisini işdən çıxardı
Tarix: 10-02-2022 | Saat: 20:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Simonyan onu qarşılamayan aparat işçisini işdən çıxardı

Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan bu günlərdə parlamentmonitoring.am saytına müsahibəsində bildirib ki, Armen Sarkisyanın əvvəllər Ermənistanın üçüncü prezidentinin aparatında protokol şöbəsinin müdiri vəzifəsində çalışmış müşaviri Armen Qiçyan onun xahişi ilə istefa verib.

Qarabaginfo.az xəbər verir ki, Simonyan deyib: 

“Armen Qiçyan mənim xahişimlə getdi. Onun işləməyə hazır olub-olmadığını bilmirəm, amma mən ondan getməsini xahiş etdim”.

Politik.am saytıının araşdırmasına görə, Armen Qiçyanın işdən azad olunmasının səbəbi başqadır. Belə ki, Alen Simonyan prezident iqamətgahına gələn ilk gün prezidentin müşaviri Armen Qiçyan onu qarşılamayıb.

Ertəsi gün Alen Simonyan Armen Qiçyanı yanına çağıraraq bu epizodu xatırladıb və ondan istefa məktubu yazmasını istəyib. Qiçyan isə buna heç bir reaksiya vermədən ərizə yazıb və istefa verib.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər