Saytımızı qiymətləndirin


 
 

"Qarabağ" - "Hakken" oyununun biletləri satışa çıxarıldı
Tarix: 28-11-2023 | Saat: 13:46
Bölmə:Karusel / İdman | çapa göndər

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə İsveçin "Hakken" klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb.

 

"Köhlən atlar"ın mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

 

VVIP C və VVIP D sektorlardakı biletlərin qiyməti isə 250 manatdır.

 

Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

 

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq "Qarabağ" - "Hakken" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan çempionu dekabrın 30-da, V turda isə Norveçdə "Molde"nin qonağı olacaq.



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər