Tarix: 01-02-2022 | Saat: 10:14
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya Belarus ərazisinə “yaxşı silahlanmış 10 min əsgər” göndərib və yaxın günlərdə onların sayının 30 minə çatdırılacağı gözlənilir. Bu barədə ABŞ-ın BMT-dəki xüsusi nümayəndəsi Tomas Qrinfild ötən gün Nyu-Yorkda, Təhlükəsizlik Şurasının Ukrayna ətrafındakı situasiyaya həsr edilmiş xüsusi iclasında deyib.
Diplomat bildirib ki, bu son 10 illik ərzində Avropada həyata keçirilən ən irimiqyaslı hərbi səfərbərlikdir. “Rusiyanın hərbi səfərbərliyi son onillik ərzində Avropada həyata keçirən ən iri səfərbərlikdir. Belarusda yaxşı silahlanmış 10 min Rusiya əsgəri var və gözlənilir ki, yaxın vaxtlarda onların sayı 30 minə çatdırılacaq”, - ABŞ nümayəndəsi deyib.
Xatırladaq ki, Rusiya Belarusla birgə hərbi təlimlər keçirəcəyini elan edib və Belarus ərazisinə öz hərbi qüvvələrini daşımağa başlayıb. Bu təlimlərin fevralın ortalarında başlayacağı açıqlanıb, lakin Belarusa daşınan Rusiya hərbi texnikasının, o cümlədən tankların və artilleriya sistemlərinin bir qismi təlimlər üçün heç bir poliqonların olmadığı, Kiyevə ən yaxın məsafədə yerləşən Qomel vilayətində yerləşdirilir. Qərb analitikləri və rəsmiləri Rusiyanın Ukraynaya gözlənilən irimiqyaslı hücumunun istiqamətlərindən birinin də Belarus istiqaməti olacağını deyirlər. Belə məlumatlar var ki, Rusiya ordusu sürətli yürüş-həmlə həyata keçirərək paytaxt Kiyevi tutacaq və orada marionet hökumət qurulacaq.(virtualaz.org)
Digər xəbərlər