Saytımızı qiymətləndirin


 
 

15 idmançı nədən zəhərlənib? - AÇIQLAMA
Tarix: 26-04-2022 | Saat: 10:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xəbər verdiyimiz kimi, aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasına 15 nəfərin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Onlar Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən gələn 15 nəfər gənc idmançı olub.

 

Göygöl Rayon Olimpiya İdman Kompleksindən Qarabaqinfo.az-a verilən məlumatda bildirilib ki, zəhərlənən şəxslər dəfələrlə soyuq su içib, açıq havada məşq etdikləri üçün halları pisləşib.

 

"Xəstəxanaya yerləşdiriləndən 1 saat sonra evə buraxılıblar. Hazırda onların vəziyyətləri yaxşıdır və məşqə davam edirlər", - məlumatda deyilir.

 

Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

 

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər