Ana Sayfa > Karusel / Gündəm > 15 idmançı nədən zəhərlənib? - AÇIQLAMA
15 idmançı nədən zəhərlənib? - AÇIQLAMA26-04-2022, 10:14. Yazar: Admin |
![]()
Göygöl Rayon Olimpiya İdman Kompleksindən Qarabaqinfo.az-a verilən məlumatda bildirilib ki, zəhərlənən şəxslər dəfələrlə soyuq su içib, açıq havada məşq etdikləri üçün halları pisləşib.
"Xəstəxanaya yerləşdiriləndən 1 saat sonra evə buraxılıblar. Hazırda onların vəziyyətləri yaxşıdır və məşqə davam edirlər", - məlumatda deyilir.
Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır. Geri dön |