Saytımızı qiymətləndirin


 
 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Paşinyanın mövqeyini TƏKRARLADI
Tarix: 22-04-2022 | Saat: 12:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Qarabağın statusu ilə bağlı tələblərin aşağı salınması təklifini təkcə bir nəfər səsləndirməyib, bu barədə bizə bir çox həmkarlarım məlumat verib, lakin hazırda konkret adlar çəkə bilmirəm”.

Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bildirib.

“Biz danışıqlar zamanı təhlükəsizlik təminatlarını hazırlamalıyıq. Heç kim demədi ki, bu tələbləri aşağı salsanız, təhlükəsizlik zəmanətləriniz budur. Azərbaycanla danışıqlar çərçivəsində, eləcə də beynəlxalq ictimaiyyətin dəstəyi ilə biz bu təhlükəsizlik təminatlarını yaradacağıq. Əgər təhlükəsizlik təminatları olmasa, o zaman biz irəli getməyəcəyik, mövcud status-kvo qorunub saxlanılacaq. Zəmanət təkcə müqavilə deyil, həm də mexanizmlərdir. Məsələn, 9 noyabr bəyanatında təminatlar təkcə mətn deyil, həm də mexanizmlər, sülhməramlıların olmasıdır”.
 

Armen Qriqoryan deyib ki, beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər regiona çox ciddi təsir edir.

O, nümunə üçün “Fərrux hadisəsi”ni misal çəkib:

“Fərrux nümunəsi bir daha təsdiq etdi ki, regionumuz beynəlxalq dəyişikliklərin güclü təsiri altındadır. Və bu dəyişiklikləri görüb biz təhlükəsizlik zəmanətləri tapmağa çalışırıq ki, Qarabağda təhlükəsizliyi təmin edə bilək və mexanizmlər tapa bilək”.


Armen Qriqoryan bildirib ki, Ermənistan həll yolu tapana qədər rusiyalı sülhməramlıların uzun müddət Qarabağda olacağını düşünür.

“Biz Qarabağda təhlükəsizliyin təmin ediləcəyinə dair əlavə təminatlar almaq istəyirik”, - deyə Ermənistan rəsmisi bildirib.

A.Qriqoryan dolayısı ilə deyib ki, indi daha vacib məsələ Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatıdır.

“Danışıqların gündəliyində duran məsələlərdən biri həm Qarabağda yaşayan insanların təhlükəsizliyini, həm də hüquqlarının həyata keçirilməsini təmin edəcək mexanizmlərin axtarışıdır”, - Qriqoryan vurğulayıb.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan da bir müddət əvvəl parlamentdəki çıxışında beynəlxalq ictimaiyyətin Ermənistanı Qarabağın statusu məsələsində “plankanı aşağı endirməyə” çağırdığını söyləmişdi. Paşinyan onu da demişdi ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı “statusdan” daha vacibdir və bunu ona Brüsseldə bir daha anladıblar.



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər