Saytımızı qiymətləndirin


 
 

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydası dəyişib
Tarix: 21-04-2022 | Saat: 19:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hüseynqulu Bağırovun Gəncədəki "ekoloji bəlası" kimdir? » Demokratik.Az

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarında dəyişiklik edib.

Qarabaginfo.az xəbər verir ki, qərara əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə qaldırılan vəsatətlərə əlavə edilən sənədlərə dəyişiklik edilib.

Qərara əsasən, vəsatət qaldırılması üçün dövlət mülkiyyətində olan torpaqlar üzrə neft və qaz istisna olmaqla, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, habelə sifarişçinin vəsaiti hesabına hazırlanmış torpaqların rekultivasiyası layihəsi əlavə ediləcək.

Əvvəllər bura dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya verilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin rəyi də əlavə edilirdi.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər