Tarix: 21-04-2022 | Saat: 10:27
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər
“Böyük yeddilik” (“G7”) ölkələri 2022 və 2023-cü illər üçün Ukraynaya əlavə dəstək məqsədilə 24 milyard ABŞ dollarından artıq maliyyə vəsaiti ayıracaq”.
Qarabaginfo.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “G7”ə daxil olan ölkələrin maliyyə nazirləri yaydıqları birgə bəyanatda bildiriblər.
Bəyanatda rəsmi Kiyevə daha böyük məbləğdə maliyyə dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar: “Ukrayna xalqını və hakimiyyətini tərəddüd etmədən və səmimi həmrəyliklə dəstəkləyirik”.
“Böyük yeddiliyin” nazirləri “G20”nin, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iştirakı ilə bu həftə keçiriləcək beynəlxalq foruma Rusiyanın nümayəndəsinin qatılacağını təəssüf hissi ilə qeyd ediblər: “Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar Rusiya ilə adi manevrlə davranmamalıdır”.
Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiyanın iştirakına etiraz olaraq nazirlərin bu toplantısına qatılmayacaq. Rusiyanı isə bu tədbirdə maliyyə naziri Anton Sulianov təmsil edəcək.
Xatırladaq ki, bu ilin payızında “G20”nin Zirvə toplantısının İndoneziyanın Bali adasında keçirilməsi planlaşdırılıb. Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına etiraz olaraq ABŞ Prezidenti Cozef Baydenin həmin toplantıya qatılmayacağı bildirilib.
Digər xəbərlər