Saytımızı qiymətləndirin


 
 

Prezident Ofisi: "Ukrayna deportasiya edilmiş vətəndaşların qaytarılmasına hazırlaşır"
Tarix: 20-04-2022 | Saat: 12:56
Bölmə:Karusel / Region | çapa göndər

"Ukrayna müvəqqəti işğal olunmuş ərazilərdən deportasiya edilmiş vətəndaşların geri qaytarılması ilə bağlı Rusiya ilə danışıqlara hazırlaşır".

Qarabaginfo.az “RBK Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Proses əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarla eyni vaxtda baş tutacaq. Bütün vətəndaşlarımızı qaytaracağıq. Bu, müzakirə mövzusu deyil. Biz baş nazirin müavini, reinteqrasiya naziri səviyyəsində bu işə hazırlıq görürük. Planlarımız var, amma qanuni olaraq hər şeyi hazırlamalıyıq. Çünki ruslarla ancaq qanuni dildə danışmaq mümkündür”, - o söyləyib.

Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski qarşı tərəfin təkcə Mariupoldan Rusiyaya 5 minə yaxın uşağı apardığını bildirmişdi.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər