Saytımızı qiymətləndirin


 
 

Sabiq başçının müsadirə edilən əmlaklarının tam - Siyahısı
Tarix: 16-04-2022 | Saat: 15:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin müsadirə edilən əmlaklarının tam siyahısı məlum olub.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilib ki, iş üzrə DOST İş Mərkəzi MMC-nin mülki iddiası təmin edilib. İ.Vəliyevdən 181 459 manat alınıb, MMC-nin xeyrinə verilsin.

Hökmə əsasən, onun 12 əmlakı dövlət nəfinə xüsusi müsadirə edilib.

İ.Vəliyevin müsadirə edilən əmlaklarının tam siyahısını təqdim edirik:

- Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2 B, mənzil 32,

- Gəncə şəhəri, Nizami rayonu, Fətəli Xan Xoyski küçəsi, 62 ünvanında yerləşən fərdi yaşayış evi

- Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 535-ci məhəllədə yerləşən 1,6 kv.m qeyri-yaşayış sahəsi

- Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 45

- Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44,

- Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 2

- Qobustan rayonu, Mərəzə qəsəbəsi, Şikar Şikarov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı 151.5 kv.m yaşayış, 306.6 kv.m köməkçi sahədən ibarət 136 nömrəli fərdi yaşayış evi

- Qobustan rayonu, Xilmilli kəndində 3.69 ha torpaq sahəsində yerləşən 2302.1 kv.m ümumi, 2302.1 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Xırman binası)

- Qobustan rayonu, Mərəzə qəsəbəsi, 0.1025 ha torpaq sahəsində yerləşən 7 girişli, 234.3 kv.m ümumi, 234.3 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası

- Neftçala Taxıl ASC-nin xüsusi mülkiyyətində olan və Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 341A ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisə

- Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 3800 kv.m olan “Yurdum” adlı ictimai iaşə obyekti

- Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 3800 kv.m əraziyə bitişik 1600 kv.m torpaq sahəsi və üzərindəki tikili

Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.

 



Xəbəri paylaş

307 dəfə oxunub.

Digər xəbərlər