Ana Sayfa > Karusel / Gündəm > Sabiq başçının müsadirə edilən əmlaklarının tam - Siyahısı
Sabiq başçının müsadirə edilən əmlaklarının tam - Siyahısı16-04-2022, 15:53. Yazar: Admin |
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin müsadirə edilən əmlaklarının tam siyahısı məlum olub. Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilib ki, iş üzrə DOST İş Mərkəzi MMC-nin mülki iddiası təmin edilib. İ.Vəliyevdən 181 459 manat alınıb, MMC-nin xeyrinə verilsin. Hökmə əsasən, onun 12 əmlakı dövlət nəfinə xüsusi müsadirə edilib. İ.Vəliyevin müsadirə edilən əmlaklarının tam siyahısını təqdim edirik: - Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2 B, mənzil 32, - Gəncə şəhəri, Nizami rayonu, Fətəli Xan Xoyski küçəsi, 62 ünvanında yerləşən fərdi yaşayış evi - Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 535-ci məhəllədə yerləşən 1,6 kv.m qeyri-yaşayış sahəsi - Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 45 - Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44, - Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 2 - Qobustan rayonu, Mərəzə qəsəbəsi, Şikar Şikarov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı 151.5 kv.m yaşayış, 306.6 kv.m köməkçi sahədən ibarət 136 nömrəli fərdi yaşayış evi - Qobustan rayonu, Xilmilli kəndində 3.69 ha torpaq sahəsində yerləşən 2302.1 kv.m ümumi, 2302.1 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Xırman binası) - Qobustan rayonu, Mərəzə qəsəbəsi, 0.1025 ha torpaq sahəsində yerləşən 7 girişli, 234.3 kv.m ümumi, 234.3 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası - Neftçala Taxıl ASC-nin xüsusi mülkiyyətində olan və Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 341A ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisə - Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 3800 kv.m olan “Yurdum” adlı ictimai iaşə obyekti - Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 3800 kv.m əraziyə bitişik 1600 kv.m torpaq sahəsi və üzərindəki tikili Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.
Geri dön |