Tarix: 20-04-2022 | Saat: 08:08
Bölmə:Karusel / Region | çapa göndər
Çernobıl AES və Beynəlxalq Atom Enerjisi Agentiliyi (BAEA) arasında birbaşa kommunikasiya bərpa edilib.
Qarabaginfo.az CNN-ə istinadən xəbərinə görə, bu barədə BAEA-nın direktoru Rafael Mariano Qrossinin mətbuata bəyanatında bildirilib.
“Aydındır ki, bu dayanıqlı olmayan bir vəziyyət idi və indi tənzimləyicinin ehtiyac duyulduğu anda AES-lə birbaşa əlaqə qura bilməsi çox yaxşı xəbərdir”, - deyə Qrossi bildirib.
Bəyanatda vurğulanıb ki, BAEA ekspertlərindən ibarət missiya nüvə təhlükəsizliyi, radioloji qiymətləndirmə, zəruri texniki vasitələrin çatdırılması və agentliyin uzaqdan monitorinq sistemlərinin bərpası məqsədi ilə ayın sonunadək əraziyə səfər etməyi planlaşdırır.
Qeyd edək ki, Rusiya qüvvələri martin 31-də geri çəkilənədək Çernobıl AES-i 5 həftə boyunca nəzarətdə saxlayıblar. BAEA Çernobıl AES ilə martın 10-da əlaqəni itirdiyini bəyan etmişdi.
Digər xəbərlər