“Hraparak: Qarabağın tamamilə Azərbaycana verilməsi üçün zəmin hazırlayırlar
Tarix: 12-02-2022 | Saat: 12:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
466 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-02-2022 | Saat: 12:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmişə Qarabağın (qondarma qurum – red.) “statusu”, bu haqda fikirləri, gözlənilən həll yolları haqqında aydın nəsə deməkdən çəkinir”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, Qriqoryana hər dəfə birbaşa sual verəndə, o, əvvəlcə məsələni qeyri-müəyyən formalarla qarışdırır, onu ATƏT-in Minsk Qrupu həmsədrlərinin meydanına atır, sonra onların ideyalarının hökumətin proqramında ifadə olunduğunu xatırladır.
“Dünən hökumətin iclasından sonra biz ona “status” məsələsini xatırladanda Qriqoryan yenidən oxşar vəziyyətlə üzləşdi. Bundan əvvəl biz xatırlatdıq ki, Rusiya sülhməramlıları 5 il Qarabağda olacaq, bu müddət başa çatdıqdan sonra, Qarabağın (qondarma qurumu nəzərdə tutur – red.) başına nə gələcəyi barədə təsəvvürləri varmı?”, - deyə nəşr qeyd edib.
Qriqoryan bildirib ki, onların yanaşması dəyişməz olaraq qalır.
“Biz dəfələrlə bəyan etmişik ki, Qarabağ məsələsi həll olunana qədər orada sülhməramlılar yerləşdirilməlidir ki, uzunmüddətli həll yolu tapa bilək. Nə qədər ki, belə bir həll yoxdur, orada sülhməramlıların fəaliyyətinə ehtiyac var. Ermənistan rus sülhməramlıların orada yerləşməsi üçün fəaliyyətini davam etdirəcək və onlar məsələ həll olunana qədər qalacaq”, - deyə Armen Qriqoryan bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi həll yolunun hökumət proqramında elan olunduğunu bir daha xatırladıb.
“Yeri gəlmişkən, o da ardıcıl olaraq “Artsax Respublikası” adını tələffüz etməkdən yayınır, əvəzində o, nəinki “Dağlıq Qarabağ” deyir, “respublika” sözünü belə vurğulamır. Aydındır ki, həm Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, həm də onun siyasi rəhbərliyi Qarabağdan imtina edib. Ola bilsin ki, bu cür düsturlarla Qarabağın tamamilə Azərbaycana verilməsi üçün sabaha zəmin hazırlayırlar”, - deyə nəşr qeyd edib.(ordu.az)

Xəbəri paylaş
Digər xəbərlər
28-01-2022, 10:41
Vidadi Muradovun cinayət işinə xitam verildi - MƏHKƏMƏ
24-06-2022, 13:37
Parlament Zəngilanda qızıl yataqlarına dair Sazişi təsdiqləyəcək
14-01-2022, 14:18
Əhalinin 53 faizi qaz limitini keçib
19-08-2025, 09:13
Zelenski Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib
14-10-2021, 11:46
Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir
5-10-2018, 10:48
Prezident DSX-nın döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnaməni təsdiqləyib
8-08-2022, 13:52
Ermənilər təşvişdə: Zəngəzur yolu nəzarətə götürüldü
25-08-2024, 16:20
Tel-Əvivdə zərbə təhlükəsinə görə 240 bomba sığınacağı açıldı
7-02-2022, 11:52
Vəkil izah edir: Yeni tikilən binalarda mənzil almayın! - Səbəb?..
28-07-2022, 09:57
Kəlbəcərdə minaya düşən polkovnikin SON DURUMU