Saytımızı qiymətləndirin


 
 

Ermənilər Ermənilər Paşinyanın sülh vədlərinə inanır - SORĞUsülh vədlərinə inanır - SORĞU
Tarix: 12-07-2023 | Saat: 17:37
Bölmə:Karusel / Region | çapa göndər

Ermənilər Paşinyanın sülh vədlərinə inanır - SORĞU

 

Ermənistan əhalisinin 66 faizi baş nazir Nikol Paşinyanın sülh vədlərinə inanmır.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Pastinfo” saytı məlumat yayıb.

 

Adıçəkilən KİV “YouTube” kanalı vasitəsilə Ermənistan vətəndaşları arasında hakimiyyətin sülh vədlərinə dair sorğu keçirib. Rəy sorğusunda iştirak edənlərin yarıdan çoxu sülh vədlərinə inanmadığını söyləyib.

 

“İnanırsınızmı ki, Nikol Paşinyan Ermənistan suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqla Azərbaycanla sülhün bərqərar olmasına nail olacaq?” sualına cavab verən 5600 respondentin 66 faizi erməni Baş nazirin sülh vədlərinə inanmadığını, 26 faizi bunun mümkün olduğunu, 3 faizi isə birmənalı olaraq Paşinyanın vədlərinə inandığını vurğulayıb.

 

Sorğuda iştirak etməsi üçün müraciət ünvanlanan respondentlərin 5 faizi ümumiyyətlə bu haqda danışmaq istəmədiyini deyib.



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər