Saytımızı qiymətləndirin


 
 

Elçin Quliyev Pakistanın Baş Qərargah rəisini qəbul edib
Tarix: 05-03-2021 | Saat: 15:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Elçin Quliyev Pakistanın Baş Qərargah rəisini qəbul edib - FOTOLAR

Martın 5-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunmuş, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaş­lığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən mühari­bəsində qaza­nılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu barədə məlumat verilmiş, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda haqq işində Pakistan İslam Respublikasının göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi vurğulanmışdır.

Görüşdə regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılmışdır.

Tərəflər qarşılıqlı əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulamışlar.



Xəbəri paylaş

1342 dəfə oxunub.

Digər xəbərlər