Yunanıstanın baş naziri Kiriakos Mitsotakis enerji sektorunda ən pis ssenarilərə, o cümlədən Rusiyadan qaz nəqlinin tamamilə dayandırılması ehtimalına hazır olmağa çağırıb.
Qarabaginfo.az lenta.ru-ya istinadən xəbər verir ki, siyasətçinin fikrincə, enerji təchizatının şaxələndirilməsində məhz LNG üçün infrastruktur əsas rol oynamalıdır.
“Revitus terminalı həm hazırkı, həm də modernləşdirilmiş formada müvafiq planlarda əsas rol oynayacaq”, – o vurğulayıb.
Bununla yanaşı, baş nazir əlavə edib ki, hakimiyyətin prioriteti enerji daşıyıcılarının aşağı qiymətini saxlamaq olmalıdır.
“Biz istehlakçılar, vətəndaşlar və biznes üçün mümkün olan ən aşağı enerji qiymətlərinə sadiqik”, – deyə o bildirib.