Saytımızı qiymətləndirin


 
 

İdris Abbasov Mehdiyevi ifşa etdi: “İndi də hədəf Kərim Şükürovdur”
Tarix: 20-01-2022 | Saat: 20:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

İdris Abbasov Mehdiyevi ifşa etdi: “İndi də hədəf Kərim Şükürovdur”

"AMEA-nın I vitse-prezidenti, akademik Arif Həşimov Ramiz Mehdiyevin müdafiəsinə qalxıb. O, deyib: "Ramiz müəllim professor Kərim Şükürovun səhhəti ilə maraqlanıb, hətta ona zəng edib" (XalqXeber.Az)".

Qarabaginfo.az xəbər verir ki, bunu professor İdris Abbasov etdiyi paylaşımda qeyd edib.

Professor "deyəsən, bu akademiklər üçün doğrunu inkar etmək, sayğısızlıq və duyğusuzluq anormal bir normadır", deyə bildirib:

"Vaxtilə akademik İsa Həbibbəyli də mənim xəstə yatdığım zaman açıqlama vermişdir ki, Abbasova hər cür maddi dəstək göstərəcəyik. Məlum oldu ki, o, ictimaiyyəti aldadıb. Akademik yalan ayaq tutub yeriyir.

İndi də hədəf Kərim Şükürovdur. Halbuki qos-qoca professor net şəkildə deyir: "Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb."

Bu da akademik yalanı ifşa edən fakt... Uzağı, "Azercell" zəngləri yoxlanar. Burada həqiqəti ortaya qoymağa nə var ki?!".



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər