Ana Sayfa > Karusel / Gündəm > Yunanıstan Rusiya qazından imtina etməyə hazırlaşır

Yunanıstan Rusiya qazından imtina etməyə hazırlaşır


19-04-2022, 15:39. Yazar: Admin
Yunanıstan Rusiya qazından imtina etməyə hazırlaşır

 

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis enerji sektorunda ən pis ssenarilərə, o cümlədən Rusiyadan qaz nəqlinin tamamilə dayandırılması ehtimalına hazır olmağa çağırıb.

Qarabaginfo.az lenta.ru-ya istinadən xəbər verir ki, siyasətçinin fikrincə, enerji təchizatının şaxələndirilməsində məhz LNG üçün infrastruktur əsas rol oynamalıdır.

“Revitus terminalı həm hazırkı, həm də modernləşdirilmiş formada müvafiq planlarda əsas rol oynayacaq”, – o vurğulayıb.

Bununla yanaşı, baş nazir əlavə edib ki, hakimiyyətin prioriteti enerji daşıyıcılarının aşağı qiymətini saxlamaq olmalıdır.

“Biz istehlakçılar, vətəndaşlar və biznes üçün mümkün olan ən aşağı enerji qiymətlərinə sadiqik”, – deyə o bildirib.


Geri dön